- Baxış sayı: 11
- 18 Dekabr 2024 10:42
- Baxış sayı: 68
- Dekabr 17, 2024
- 0
Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos açıqlama verib.
Allsport.az xəbər verir ki, əfsanəvi futbolçu 2002-ci ildə Ronaldonun qazandığı “Qızıl top” səsverməsində ikinci yeri tutmasından danışıb:
“Həmişə Ronaldoya deyirəm ki, o “Qızıl top” mənimdir və o, onu məndən oğurlayıb. Eşitdiyimə görə, həmin il dünya çempionatının finalına qədər favorit mən idim. Amma Ronaldo finalda möhtəşəm oynadı və mən mükafatı 90 dəqiqə ərzində itirdim”.
2002-ci il dünya çempionatının finalında Braziliya millisi Almaniya millisinə 2:0 hesabı ilə qalib gəlmişdi. Oyunda hər iki qolu Ronaldo vurmuşdu.