- Baxış sayı: 113
- 20 Mart 2026 23:43
- Baxış sayı: 144
- Mart 19, 2026
- 0

Millətlər liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Polşa – Portuqaliya oyunu keçirilib.
Allsport.az xəbər verir ki, görüş Portuqaliya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Portuqaliya millisinin qollarından birini Kriştiano Ronaldo vurub. Bu qələbə Ronaldo üçün millidə 100-cü olub.
Beləliklə, Ronaldo tarixdə milli komandanın heyətində rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.
Bundan əlavə, o, Serxio Ramosun yoldaşlıq görüşləri də daxil olmaqla qələbə sayına görə rekordunu təkrarlayıb – 131.