- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

La liqaya yüksələn ilk klubu məlum olub.
Allsport.az xəbər verir ki, bu, əfsanəvi braziliyalı futbolçu Ronaldonun sahibi olduğu Valyadolid klubudur.
41-ci turda “Valyadolid” “Vilyarreal B”ni məğlub edərək (3:2) turnir cədvəlində birinci yeri tutub, üçüncü pillədə qərarlaşan “Eybar” isə “Sportinq”ə (0:1) məğlub olaraq, Ronaldonun klubuna çatmaq imkanını itirdi.
Beləliklə, “Valyadolid” 18-ci pillədən aşağı liqaya düşdükdən 1 il sonra la liqaya geri dönüb.