- Baxış sayı: 125
- 20 Mart 2026 23:43
- Baxış sayı: 145
- Mart 19, 2026
- 0

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yığmada 101-ci qolunu vurub. Allsport.az xəbər verir ki, 35 yaşlı hücumçu buna Millətlər Liqasının 2-ci turunda səfərdə İsveçə 2:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
O, komandasının hər iki qolunu vurub. Ronaldo millidə 100 qol səddini aşan 2-ci futbolçudur.
Ulduz futbolçu qol sayında İran yığmasında oynamış azərbaycanlı hücumçu Əli Daeidən geri qalır. Ərdəbilli hücumçunun hesabında 109 qol var.