- Baxış sayı: 140
- 20 Mart 2026 23:43
- Baxış sayı: 190
- Mart 19, 2026
- 0

“Mançester Siti”nin və Portuqaliya millisinin müdafiəçisi Ruben Diaş Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Çex Respublikası ilə oyun ərəfəsində 39 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldu haqda danışıb.
Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:
“Kriştianu təmsil edir ki, siz çox xəyal edə və çox şeyə nail ola bilərsiniz. Onun bizimlə olmasına çox şadıq.
Gənc oyunçularla yaşlı oyunçularla ünsiyyət qurmaq təcrübəmiz var. Hər birimizin klublarımızda oynamaq təcrübəmiz var. Biz bu səviyyəli turnirlərə hazırıq”.