“Ronaldu kimiyəm!”

İngiltərə yığmasının hücumameyilli yarımmüdafiəçisi Cud Bellingem 95-ci dəqiqədə Avropa çempionatının 1/8 finalında Slovakiyaya qol vuranda özünü Kriştianu Ronaldu kimi hiss etdiyini etiraf edib.

Allsport.az xəbər verir ki, bu barədə o, “Skysports”a açıqlama verib:

“Havada olanda düşündüm:” Mən yerdən altı fut uzaqdayam və Ronaldu kimiyəm!” Amma videoya baxdım və hələ də bir əlim yerdə idi, ona görə də ən yaxşı akrobatik hərəkət deyildi.

Amma yaxşı zərbə idi. Bu, şübhəsiz ki, bu günə qədər karyeramın ən vacib və yaddaqalan anlarından biridir”.

Həmin kateqoriyadan