Ronaldu millidən kənarlaşdırıldı

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Avro-2024 öncəsi ilk yoldaşlıq görüşünü buraxacaq.

Allsport.az xəbər verir ki, Ronaldu qarşıdan gələn Avropa çempionatına hazırlıq çərçivəsində Finlandiya ilə oyunu (4 iyun) buraxacaq. Ronaldu Səudiyyə Ərəbistanı çempionatı başa çatdıqdan sonra bir həftəlik məzuniyyət alacaq.

Eyni səbəbdən “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neves finlərlə oyunu buraxacaq. Hər iki futbolçu gələn həftəsonu milli komandaya gələcək.

Həmin kateqoriyadan