Ronaldu milliyə çağırılmadı

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu zədə səbəbindən Meksika və ABŞ-yə qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün heyətə daxil edilməyib.

Allsport.az xəbər verir ki, 41 yaşlı hücumçunun bud nahiyəsindən aldığı zədənin müalicəsi üçün İspaniyaya yollandığı və orada xüsusi terapiya kursu keçdiyi bildirilir.

Bu zədə səbəbindən o, “Əl-Nəsr”in son iki turda “Əl-Xalic” (5:0) və “Neom” (1:0) üzərində qazandığı qələbələri də kənardan izləməli olub.

Milli komandanın baş məşqçisi Roberto Martines ulduz futbolçunun DÇ-2026-dakı iştirakının təhlükədə olmadığını, sadəcə risk etməmək üçün ona istirahət verdiklərini vurğulayıb.

Həmin kateqoriyadan