Ronaldu rekordlar kitabına düşdü

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronalduya millətlər liqasının 1/4 finalının Danimarka ilə cavab oyundan əvvəl (5:2) mükafat təqdim olunub. Allsport.az xəbər verir ki, 40 yaşlı futbolçu milli komandalar səviyyəsində keçirilən oyunlarda qazanılan qələbələrin sayına görə ginnesin rekordlar kitabından sertifikat alıb.
Ronaldu yığma komanda ilə 132 matçda qalib gələrək, ispan müdafiəçi Serxio Ramosu keçərək dünya rekordu müəyyənləşdirib.

Həmin kateqoriyadan

azenrutr