- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu millətlər liqası finalları tarixinin ən yaşlı iştirakçısı olub.
Allsport.az xəbər verir ki, 40 yaşlı futbolçu Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç (37 yaş 282 gün, 2023-cü ildə İspaniyaya qarşı) və İspaniyanın müdafiəçisi Xesus Navası (37 yaş 209 gün, eyni oyun) qabaqlayıb.
Ronaldu final oyununda qol da vurmağı bacarıb. Görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə portuqaliyalılar 5:3 hesablı qələbəyə seviniblər.