Ronaldunun qolunu syamayan hakimə ağır cəza

DÇ-2022-nin seçmə mərhələsində Serbiya – Portuqaliya matçında qonaqların hücumçusu Kriştianu Ronaldunun qolunu saymayan yan xətt hakimi Mario Diks Niderlanddan olan hakimlər briqadasının tərkibindən çıxarılıb. Allsport.az xəbər verir ki, o, Danni Makkellinin rəhbərlik etdiyi hakimlər heyətində olmayacaq və AÇ-2020 matçlarından kənarda qalacaq.

Diks Ronaldonun Serbiya yığması ilə qarşılaşmada görüşün 90+4-cü dəqiqədə vurduğu qolu qeydə almayıb və bununla da, Portuqaliya millisini 3 xaldan məhrum edib. Matç 2:2 hesabı ilə başa çatıb.

AÇ-2020-nin oyunlarında Mario Diksi Yan de Vris əvəz edəcək.

Həmin kateqoriyadan