Ronaldunun sevgilisinin çirkin yalanı üzə çıxdı – Corcina bunu illərdir gizli saxlayıb

“Netfliks”də yayımlanan “Mən Corcinayam” sənədli filmində bildirilir ki, Kriştianu Ronaldu ilə Corcina Rodriqes ilk dəfə “Gucci” mağazasında tanış olublar. Allsport.az xəbər verir ki, həmin vaxt Corcina həmin butikdə satıcı kimi çalışırdı. Onun dediyinə görə, Ronaldu mağazaya dostları ilə birlikdə daxil olub və ilk baxışdan aralarında xüsusi bir enerji yaranıb. O, bu tanışlığı “taleyin işi” adlandırır. Ronaldu da sonradan etiraf edib ki, Corcinanı görən kimi ona aşiq olub. Bir neçə gün sonra o, Corcinanı şam yeməyinə dəvət edir və onların münasibəti belə başlayır.

Amma Corcinanın keçmiş iş yoldaşı Pablo Bone bu versiyanı inkar edir. O deyir ki, Ronaldu ilə tanışlıq “Gucci” mağazasında deyil, ondan əvvəl Madridin məşhur “Opium” gecə klubunda baş tutub. Pablo iddia edir ki, Corcina həmin kluba tez-tez gedirmiş və onlar məhz orada tanış olublar. Bundan əlavə, Bone bildirir ki, Corcina Ronaldudan əvvəl ispan aktyoru Miqel Anxel Silvestre ilə sevgili olub.

Hazırda Corcina Rodriqes Ronaldunun qeyri-rəsmi həyat yoldaşıdır. Onların iki qız övladı var — Alana Martina və Bella Esmeralda. Amma cütlük hələ də rəsmi nikah bağlamayıb.

Həmin kateqoriyadan