- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 37
- Dekabr 05, 2025
- 0

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu ilk milyarder futbolçu olub. Allsport.az xəbər verir ki, 2019-cu ildə 105 milyon avro gəlir əldə edən portuqaliyalının var-dövləti milyardı aşıb. Qolçu “Yuventus”da illik 31 milyon avro maaş alır.
İyunun 5-də “Forbes” jurnalı Ronaldunun tarixdə bir milyard dolları ötmüş ilk futbolçu olduğunu yazıb. 17 illik karyerasında müxtəlif klublarda çıxış edib və 650 milyon dollar qazanıb. Qalan vəsaiti himayədarlıq müqavilələrindən alıb.
O, 5 dəfə “Qızıl top”a yiyələnib. Üstəlik, çempionlar liqasının 5-qat qalibi, İngiltərə, İspaniya və İtaliya çempionudur. Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb.