- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 31
- Dekabr 05, 2025
- 0
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolçularının DÇ-2018-in seçmə mərhələsində bu gün norveçli həmkarları üzərində qələbəyə (1:0) şərh verdi. Allsport.az sayt xəbər verir ki, jurnalistlərə açıqlamasında o, millimizə inandığını dedi:
“Nəticədən razıyam. Oyun da xoşuma gəldi. Rəqib güclü komanda idi. Şadam ki, seçmə mərhələyə belə uğurlu başlamışıq: 2 oyuna 2 qələbəmiz var. Əsas odur ki, 1-ci yerdə gedirik. Əvvəlki seçmə mərhələlərdə heç vaxt belə uğurumuz olmamışdı.
Bu seçmə mərhələyə “niyə də yox” şüarı ilə başlamışıq. Bu sözü hələ seçmə mərhələnin əvvəlində Rəşad Sadıqova demişdim. Belədə, niyə də sonacan mübarizə aparmayaq”?