- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Sentyabrın 3-də AÇ-2016-nın seçmə mərhələsində «H» qrupunda evdə güclü Xorvatiya millisi ilə qolsuz bərabər qalan «ay-ulduzlular»ımız, 4 gün sonra səfərdə maltalı həmkarları ilə görüşdə də heç-heçə oynadı – 2:2. Allsport.az saytı xəbər verir ki, əslində, idman ictimaiyyəti futboldan qələbə gözləyirdi.
Belə olan halda, hər dəfə qənaətbəxş nəticə müqabilində vəd olunan mükafat bu dəfə olmayıb – AFFA prezidenti Rövnəq Abdullayev millini bundan məhrum edib. Sportinfo.az-ın məlumatına görə, Malta ilə matçın nəticəsindən narazı qalan federasiya başçısı, futbolçuların hər birinə 20 min dollar verilməsinə qarşı çıxıb.