- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
AFFA prezidenti Rövnəq Abdullayev 17 yaşlılar arasında Avropa çempionatının qrup mərhələsində baş tutan Azərbaycan – Şotlandiya matçını şərh edib. Allsport.az saytı xəbər verir ki, o, yeniyetmə “ay-ulduzlular”ımızın qrupda topladığı 4 xala belə münasibət bildirib:
“Uşaqlar yaxşı oynadılar. Gənclərdə artıq ilk oyunun qorxusu qalmamışdı. Portuqaliya ilə oyunla müqayisədə daha yaxşı çıxış etdilər. İlk oyun çox çətin oldu. Belçika ilə oyun yaxşı idi, bu gün isə qələbə qazandıq.
Bu qələbə də sübut etdi ki, 17 yaşlılarımız düzgün yoldadır. Təqvim fərqli olsaydı, nəticə də başqa cür ola bilərdi. Oyundan razı qaldım. Gələcəkdə bu uşaqlar Avropa çempionatı-2020-də çıxış edə bilərlər. Təbriz Həsənov da normal işləyir”.