- Baxış sayı: 34
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 120
- Noyabr 28, 2024
- 0
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə futbol federasiyasının prezidenti Nihad Özdəmir arasında görüş keçirilib. Allsport.az xəbər verir ki, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməşdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Abdullayev Avro-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb. Özdemir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Qədir Qardaş və digər rəsmi şəxslər iştirak edib.
Bu gün Türkiyə millisi Avro-2020-nin qrup mərhələsinin 2-ci turuna Uels yığması ilə qarşılaşacaq. Bakı olimpiya stadionunda görüş saat 20:00-da başlayacaq.