- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
AFFA prezidenti Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib. Allsport.az xəbər verir ki, bu haqda Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövnəq Abdullayev Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.
Prezidentin digər sərəncamları ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini vəfizəsindən azad olunaraq Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.