- Baxış sayı: 31
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bu gün “Hilton” mehmanxanasında AFFA-nın 26-cı konfransı olub. Allsport.az saytı xəbər verir ki, assosiasiyanın prezidenti Rövnəq Abdullayev toplantı nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb və görülən işlərdən danışıb: “Hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə həyata keçirilən layihələr davam etdirilib. İlk növbədə, futbol ictimaiyyəti adından Respublika Prezidenti cənab İlham Əliyevə bir daha təşəkkür etmək istərdim.
Bu il Bakıda təşkil olunacaq Avropa liqasının final oyununun layiqincə keçirilməsini təmin etmək üçün cənab Prezidentin imzaladığı Sərəncam hazırlıq prosesinin gedişinə əlverişli şərait yaradır. Uğurlu nəticələrdən danışarkən, U-19 millimizin Avropa çempionatının elit-raund mərhələsinə yüksəlməsini qeyd etmək olar. Avropa liqasının final oyununa hazırlıq çərçivəsində müxtəlif maraqlı layihələr həyata keçirildi. “Qarabağ” klubu növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlməyi bacardı.
Təəssüf ki, milli komandamız millətlər liqasında uğursuz çıxış etdi. Son turda məğlub olaraq növbəti mərhələyə vəsiqə qazana bilmədi. Bildiyiniz kimi, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verdi. Yeni təyinat alan Nikola Yurçeviçə millinin baş məşqçisi vəzifəsində uğurlar arzu edirik. Sadaladığım bütün məsələlər, eləcə də digər mövzular barədə Konfransın gedişində ətraflı məlumat alacaqsınız”.