Rövnəq Abdullayevin rəhbərlik etdiyi federasiyadan şəhid hərbçi ilə bağlı paylaşım

AFFA-nın rəsmi Feysbuk səhifəsində beynəlxalq sülh günü ilə bağlı paylaşım edilib. Allsport.az saytı xəbər verir ki, postda bu gün Tovuz istiqamətində erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elşən Məmmədov ilə bağlı başsağlığı da yer alıb.

“Bu gün beynəlxalq sülh günüdür. Təəssüf ki, səhəri şəhid xəbəri ilə açdıq. Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. Şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə baş sağlığı veririk.

Ümid edirik vətənimizin üzərindən qara buludlar tezliklə çəkilər, torpaqlarımız düşmən tapdağından azad olar və hər birimiz sülhü dadarıq”.

AFFA-nın prezidenti Rövnəq Abdullayevdir.

Həmin kateqoriyadan