- Baxış sayı: 35
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 123
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin müşahidə şurasının sədri Rövşən Nəcəf, baş icraçı direktor Fərrux Mahmudov və baş məşqçi Adrian Mutunun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda adı ilk çəkilən dövlət rəsmisi Azərbaycan futbolunun flaqmanı hesab olunan, zəngin ənənələrə malik “Neftçi” klubunun qarşısına qoyulan hədəflərdən danışaraq, azarkeşlərin gözləntilərini doğrultmağın vacibliyini qeyd edib, onların davamlı dəstəklərinin klub üçün önəmini vurğulayıb. O, islahatların uğurla davam etdirildiyini və klub üçün yeni dövrün başlandığını diqqətə çatdırıb.
Son vaxtlar klubun futbol meydanlarında uğursuz nəticələr əldə etdiyini təəssüflə bildirən Rövşən Nəcəf, müşahidə şurasının vəziyyəti ciddi təhlil edərək qısa, orta və uzun müddətli tədbirlər paketindən ibarət islahatlar konsepsiyası hazırladığını deyib. Əsas məqsəd, “Neftçi”ni müasir Avropa futbol klubunun strukturuna malik komandaya çevirmək olduğunu qeyd edib.
Artıq “Neftçi”də yeni strukturunun formalaşdırıldığını söyləyən müşahidə şurasının sədri, həmçinin uşaq futbolunun inkişafına xüsusi önəm veriləcəyini diqqətə çatdırıb. O, yüksək standartlara cavab verən futbol akademiyasının yaradılması, eyni zamanda, peşəkar, səmərəli skaut sisteminin formalaşdırılması istiqamətində də zəruri işlərin görüləcəyini bildirib.
Avropa futbolunda böyük təcrübəyə malik Adrian Mutunun baş məşqçi təyin edilməsinin klubun hədəflərinə uyğun olduğunu söyləyən Rövşən Nəcəf, onunla birgə klubun qarşıya qoyulan məqsədlərə çatacağına inandığını deyib.