- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 183
- Mart 19, 2026
- 0

AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan millisinin yeni baş məşqçisi ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, söhbət zamanı milli komandanın qarşısına qoyulan hədəflər, güclü və rəqabətədavamlı komandanın formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Azərbaycan futbolunun inkişafına dair gələcək planlar, o cümlədən uşaq futbolunun inkişafı və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.