- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0
“Rubin” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgeslə maraqlanır. Allsport.az saytı xəbər verir ki, Rusiya təmsilçisi ötən ilin yayından Azərbaycanda çıxış etməyə başlayan braziliyalını 3 aydır diqqət mərkəzində saxlayır.
Sambaçı konfrans liqasının qrupunda “Omoniya” ilə səfər oyununda bəyənilib. Kiprdəki qarşılaşmada dubl edən cənubi amerikalı, turnirin ən gözəl qollarından birini vurub.
Kadinin “Qarabağ”la müqaviləsi 2+1 illikdir. “Rubin” Portuqaliyada çıxış etmiş futbolçunun maliyyə şərtlərini incələyib.