- Baxış sayı: 22
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 94
- Dekabr 05, 2025
- 0

“Rubin”in futbolçusu Kasra Taheri İranı tərk edə bilmir.
Allsport.az xəbər verir ki, bu barədə Tatarıstan təmsilçisinin baş məşqçisi Rəşid Rəhimov məlumat yayıb:
“İndi İranda baş verən vəziyyəti bilirsiniz. Onun qayıtması çox çətindir, müəyyən şərtlərə görə bunu edə bilməz. Ümid edirik ki, indi o, öz şəhərinə qayıdacaq və oradan Ermənistanla sərhədə gedəcək. Biz hər zaman əlaqə saxlayırıq. O, gəlməlidir, buna ümid edirik”.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumu həyata keçirdi. İyunun 23-də ABŞ prezidenti Donald Tramp bildirib ki, tərəflər atəşkəs barədə razılığa gəliblər.