Rüfət Dadaşov 90 dəqiqə meydanda oldu, “Germaniya Halberştadt” qalib gəldi

Almaniyanın Şimal-Şərq Regional Liqasında 30-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Germaniya Halberştadt” doğma meydanda “Oberlausitz Noyqersdorf” ilə qarşılaşıb.

Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb – 1:0. Rüfət bu matçda 90 dəqiqə meydanda olub. “Germaniya Halberştadt” hazırda 23 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan