- Baxış sayı: 23
- 05 Dekabr 2025 21:28
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun klubu “Moyzelvits” səfərdə Leypsiq “Lokomotiv”i ilə qarşılaşıb.
Bu matçda qalib müəyyənləşməyib – 1:1. Görüşə start heyətdə başlayan həmvətənimiz 90 dəqiqə meydanda olub. 21-ci dəqiqədən etibarən məğlub duruma düşən komandasının yeganə qolunu da Rüfət Dadaşov vurub. O, 88-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, 10 turdan sonra “Moyzelvits” cəmi 5 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.