- Baxış sayı: 8
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0
Millimizin keçmiş hücumçusu Rüfət Dadaşov karyerasını başqa klubda davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, son mövsümü Almaniyanın regional liqasında çıxış edən “Moyzelvits”də keçirən həmvətənimiz xidmətində “Ros-Vayss” maraqlıdır.
Erfurt şəhərinin komandası Bundesliqanın 3-cü dəstəsində mübarizə aparır. “Moyzelvits”lə müqaviləsinin müddəti başa çatan 26 yaşlı forvardın yaxın günlərdə yeni klubuna keçəcəyi gözlənilir. O, son mövsümdə 13 dəfə rəqib qapılarına yol tapıb.