- Baxış sayı: 39
- 25 Noyabr 2024 20:27
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 32-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Germaniya Halberştadt” doğma meydanda lider “Svikkau” ilə qarşılaşıb.
Matç ev sahibinin məğlubiyyəti ilə başa çatıb – 2:4. Rüfət bu görüşdə 90 dəqiqə meydanda olub. O, 45-və 46-cı dəqiqələrdə vurduğu qollarla hesab arasındakı fərqi azaltsa da (2:3), komandasını məğlubiyyətdən xilas edə bilməyib. 52-ci dəqiqədə isə millimizin sabiq üzvü sarı vərəqə də alıb.
Həmvətənimizin Dadaşovun komandası hazırda 23 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.