- Baxış sayı: 84
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Noyştrelits”in qonağı olub. Matç futbolçumuzun komandasının 2:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. Amma o, komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.