- Baxış sayı: 125
- 20 Mart 2026 23:43
- Baxış sayı: 145
- Mart 19, 2026
- 0

Almaniyanın qərb regional liqasında 16-cı turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin 2-ci komandası doğma meydanda “Lippştadt”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Rüfət bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Şalke 2” bu nəticədən sonra 16 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.