- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Macarıstanlı futbolçu Mark Tamaş ilə 2 illik müqavilə bağlanıb. Allsport.az saytı xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi 4 saylı geyimdə çıxış edəcək.
O, “Videoton” (indiki “Fehervar”, 2012-2013), “Puşkaş Akademiya” (2013-2015), “Dioşqyör” (2015-2020), Polşanın “Şlask” (2020-2022) və Rumıniyanın “Sepsi” (2022-2023) klublarında oynayıb. Macarıstan millisinin heyətində 1 oyun keçirib. Son mövsüm “Sepsi”nin heyətində Rumıniya kubokunun və superkubokunun qalibi olub.
“Ağ-qarlar” bundan əvvəl millimizin üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi və braziliyalı mərkəz müdafiəçisi Yuri Matiası transfer edib.