Rummenige “Bavariya”ya qayıdır

“Bavariya”nın keçmiş prezidenti Karl Haynz Rummenige yaxın günlərdə Münhen klubuna dönəcək.

Allsport.az xəbər verir ki, 67 yaşlı idman mütəxəssisi klubun nəzarət-təftiş komissiyasına qoşulacaq və komandanın planlaşdırılması və transferlərinə kömək edəcək.

Dünya çempionu 2002-2021-ci illərdə Münhen təmsilçisinin şirkətinin idarə heyətinin sədri olub. Onun yerinə keçən həftə qovulan yetirən Oliver Kahn təyin olunmuşdu.

28 May tarixində Almaniya klubu, uzun illər Rummeniqe ilə birlikdə çalışan Jan Kristian Driesenin klubun yeni CEO-su olacağını açıqlayıb.

Həmin kateqoriyadan