Runi Tuxelin təyinatına təəccüblənib

İngiltərə millisinin sabiq kapitanı Ueyn Runi Tomas Tuxelin milli komandaya baş məşqçi təyin olunmasına münasibət bildirib. Allsport.az xəbər verir ki, İngiltərə futbol assosiasiyası alman mütəxəssislə müqavilə imzaladığını elan etdikdən sonra ölkənin bir çox futbol xadimləri milli komandaya əcnəbinin baş məşqçi təyin olunmasından narahat olduqlarını bildiriblər.

“Düşünürəm ki, Tuxel çox yaxşı məşqçidir. Amma federasiyanın onu təyin etməsinə təəccüblənirəm”, – Runi deyib.

Həmin kateqoriyadan