- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, “Turan Tovuz”un futbolçusu Runi Eva Azərbaycan premyer liqasında son 8 mövsümün rekorduna imza atıb. O, 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.
Kamerunlu hücumçu cari mövsümdə 12-ci dəfə fərqlənib. O, 29-cu turda “Şamaxı” ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.
Afrika təmsilçisinin daha çox qol vurması sonuncu dəfə 2014/15 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.
Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. “Qarabağ”ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib.