Rus dilində danışdığı üçün kapitanlıqdan məhrum edilib

Ukraynanın “Karpatı”klubunda maraqlı hadisə yaşanıb.

Allsport.az xəbər verir ki, komandanın üzvü Denis Miroşniçenko oyunöncəsi yoldaşlarına rus dilində müraciət etdiyi üçün kapitanlıq sarğısını itirib.

Hadisə İsveç təmsilçisi QAİS ilə yoxlama matçından əvvəl baş verib. Miroşniçenkonun paltardəyişmə otağında futbolçularla rusca danışması canlı yayıma düşüb. Lvov klubu məsələ ilə bağlı dərhal rəsmi bəyanat yayaraq, bu davranışa görə komandanın yeni kapitan seçəcəyini elan edib.

Keçirilən səsvermə nəticəsində Moldovanın milli komandasının müdafiəçisi Vladislav Baboqlo “Karpatı”nın yeni kapitanı seçilib.

31 yaşlı Miroşniçenko bütün karyerasını Ukraynada keçirib və vaxtilə ölkənin gənclər yığmalarında çıxış edib. Hazırda Lvov təmsilçisi Ukrayna premyer liqasında 19 xalla 9-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan