- Baxış sayı: 21
- 04 Fevral 2026 11:20
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar. Allsport.az saytı xəbər verir ki, Ussuriysk vilayətində yaradılan komanda üzvlərinin əksəriyyəti həmvətənlilərimizdir. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdır.
“Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar. 9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında 2-ci yerdədir. 3-cü tur sentyabrda keçiriləcək.