- Baxış sayı: 42
- 13 Aprel 2025 22:42
- Baxış sayı: 81
- Aprel 13, 2025
- 0
Rumıniyalı hücumçu Kristian Tudorun karyerasının demək olar ki, yarısı Rusiya ilə bağlıdır.
Allsport.az xəbər verir ki, maraqlı tərəf isə onun karyerasını cəmi 26 yaşında tamamlayıb, 30 yaşında isə dünyasını dəyişməsidi. Buna səbəb isə futbolçunun yaşadığı həyat tərzi olub.
Tudor 2003-cü ildə Rusiyaya yollanıb. Buna qədər o, Moldova “Şerif”inin heyətində bombardir olub. O, 1/4 final, yarımfinal və final da daxil olmaqla 6 oyunda 9 qol vurub.
2003-cü ilin yayında komanda yoldaşı Sergey Dadu ilə birlikdə o, Alaniyaya köçüb. 2003-cü ildə Tudor RPL-də Alaniya üçün 7 oyun keçirib və 3 qol vurub. Daha sonra Moskvanın eyniadlı kluba dəvət olub. Amma bu keçid onun üçün yaxşı heç nə gətirmədi – nə futbolçunun özünə, nə də yeni klubuna. O, bu komandada cəmi beş oyun keçirib və ehtiyatda möhkəm yerləşib.
Buna səbəb isə oyunçunun həyat tərzi olub. O, hər gün gecə klublarında əylənib səhərlər məşqə gəlmirdi. Gələndə də, çox yorğun olduğu üçün tapşırıqları düzgün yerinə yetirə bilmirdi. Çoxlu alkoqollu içki qəbul etdiyinə görə, Tudor, 26 yaşında peşəkar karyerasını bitirib, 30 yaşında qaraciyər sirroz xəstəliyinə görə vəfat edib.