- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Rusiyanın “Qazovik” klubu “Neftçi”nin sabiq müdafiəçisi Bruno Bertuççidən imtina edib. Allsport.az xəbər verir ki, sözügedən komandanın baş məşqçisi Robert Yevdokimov braziliyalı futbolçunu Kipr toplanışı çərçivəsində “Lokomotiv”in gənclərdən ibarət heyəti ilə yoxlama oyununda (3:1) sınaqdan keçirib.
Amma müdafiəçi nə məşqlərdə, nə də sözügedən oyunda baş məşqçinin ümidlərini doğruldub. Bu üzdən də onun geri qaytarılmasına qərar verilib.
Qeyd edək ki, “Qazovik” Rusiya birinci divizionunda liderdir.