- Baxış sayı: 22
- 04 Fevral 2026 11:20
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

Rusiyanın “Ximki” klubu yeni transferini açıqlayıb. Allsport.az xəbər verir ki, premyer liqa təmsilçisi “Olimp-Dolqoprudni” klubundan ayrılan azərbaycanlı futbolçu İlay Sadıqovla müqavilə imzalayıb.
21 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
“Ximki”də daha bir azərbaycanlı futbolçu – Kamran Əliyev də çıxış edir.
İlay ötən mövsüm “Olimp-Dolqoprudni” klubunda keçirdiyi 25 oyunda 4 qol vurub.