- Baxış sayı: 6
- 05 Dekabr 2025 17:47
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0

Rusiya-2018 Dünya Kubokunda 1/8 final davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün mərhələnin 3-cü oyununda Moskvanın “Lujniki” stadionunda ev sahibi ilə İspaniya millisi qarşılaşıb.
Görüş dünya çempionunun tam üstünlüyü ilə keçsə də, pirineylilər 120 dəqiqə ərzində cəmi 1 dəfə rəqib qapısına yol tapıb. Ruslar da müdafiədə ağıllı oynayaraq ilk yarıda buraxılan qolun əvəzini penaltidən çıxıblar.
Qalibi bəlli etmək üçün vurulan 11-metrlik cərimə zərbələrində meydan sahibləri 4:3 qalib gəliblər.