- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 179
- Mart 19, 2026
- 0

Moskva “Dinamo”sunun cinah oyunçusu Denis Makarov karyerasını Türkiyədə davam etdirəcək.
Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu Superliqa təmsilçisi “Kayserispor” ilə rəsmi müqavilə imzalayıb. Rusiyalı oyunçu ilə sözləşmə iyunun 30-na qədər nəzərdə tutulub.
Makarov transferindən əvvəl “Dinamo”nun əsas heyətindən kənarlaşdırılmışdı.