- Baxış sayı: 32
- 21 Noyabr 2024 22:51
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
“Palmeyras”ın braziliyalı hücumçusu Luis Adrianonun rusiyalı arvadı Yekaterina Dorojka qaradərili futbolçu ilə evləndiyi üçün ölüm təhdidləri aldığını açıqlayıb. Allsport.az xəbər verir ki, rus fotomodel bu barədə sosial hesabında məlumat verib.
O, ötən il Adrianonun “Palmeyras”a transferindən sonra Braziliyaya köçdüyünü və yaranan söz-söhbətlərə dözdüyünü deyib:
“Hər gün ölümümü, ailəmdə xəstəliyin olmasını diləyən insanlar var idi. Məni tapıb öldürməyə və başıma qorxunc şeylər açacaqlarını yazırdılar. Çünki mən qaradərili insanla evlənmişdim. Ancaq dəmir kimi dözümlü insanam”.
Luis Adriano 3 övladının anasından ayrıldıqdan sonra rusiyalı modellə evlənmişdi. O, Dorojka ilə “Spartak”da çıxış edərkən tanış olmuşdu.