- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin kapitanı Ruslan Abışov “Dalğa arena”da mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, kapitan sabah Avropa liqasının 1-ci təsnifat mərhələsində Macarıstan “Uypeşt”inə qarşı oyunla bağlı bunu söyləyib:
“Müəyyən aradan sonra ilk oyuna çıxacağıq. Yeni baş məşqçimiz var, yeni oyunçular gəlib. Yaxşı hazırlıq keçmişik. Meydana kim çıxsa, var gücü ilə oynayacaq. Rəqibimiz Macarıstanın ən köklü klublarından biridir.
Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu mərhələni adlayıb, “Sevilya” kimi məşhur komandaya qarşı oynamaq istəyər”.