- Baxış sayı: 196
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 196
- Dekabr 05, 2025
- 0

Neftçi”nin futbolçusu Ruslan Abışov əməliyyat olunub. Allsport.az saytı xəbər verir ki, Almaniyada baş tutan cərrahiyyə uğurlu keçib. Kapitan bununla bağlı açıqlama verib:
“Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadı. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.
Xatırladaq ki, Avropa liqasının birinci təsnifat mərhələsinin Macarıstanın “Uypeşt” klubu ilə cavab oyununda zədələnən müdagiəçinin sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.