- Baxış sayı: 13
- 26 Noyabr 2024 10:29
- Baxış sayı: 129
- Noyabr 25, 2024
- 0
“Neftçi”nin hücumçusu Ruslan Qurbanov klub rəhbərliyindən maaşının artırılmasını tələb edəcəyini bəyan edib. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, forvard açıqlamasında mühüm mesaj verib:
“Neftçi” ilə daha bir illik müqaviləm var. Mövsümün sonunda klub rəhbərliyi ilə görüşəcəyəm. Ümid edirəm ki, ümumi razılığa gələ biləcəyik. Təbii ki, mən razılığın maliyyə tərəfinin daha da yaxşılaşmasını istəyəcəyəm. Niyə də olmasın?
Hesab edirəm ki, buna layiqəm. Yüksək məbləğ tələb etməyəcəyəm. Sadəcə, layiq olduğumu almaq istəyirəm. Maaşım artmasa, özümə başqa klub axtaracağam. Mənimlə təkcə Premyer Liqadakı klublar maraqlanmır. Rusiya Premyer Liqasından və birinci divizion klublarından da maraqlananlar var”.