- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0
Topaz premyer liqasının 7-ci turunun “Səbail” – “Sumqayıt” matçında (2:0) vurulan 2-ci qol 2-qat yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, Ruslan Qurbanov Azərbaycan çempionatlarında 35-ci qolunu vurub.
Hücumçu bunu özünün 170-ci oyununda gerçəkləşdirib. O, bombardirlər siyahısında Samir Əliyev və Viktor Kulikovla 69-71-ci yerləri bölüşür. “Neftçi”də 19, “Sumqayıt”da 9, “Qəbələ”də 6 dəfə fərqlənən Ruslan “Səbail”də qol hesabını açıb.
Bu top “Sumqayıt”ın premyer liqada buraxdığı 200-cü səfər qoludur. 117-ci matçda bu qədər qol buraxan komanda orta hesabla 1,71 topa üzülüb.