- Baxış sayı: 29
- 14 Dekabr 2025 23:03
- Baxış sayı: 167
- Dekabr 14, 2025
- 0

Ukrayna premyer liqasında 16-cı turun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Rüstəmlə Eldar da bu oyunun iştirakçısı olub. Onların hər 2-si start heyətdə meydana çıxıblar. Quliyev sonadək oynadığı halda, Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib.
16 turdan sonra 10 xalı olan “Minay” 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.