Azərbaycandan təklif alan mütəxəssis Ramin Musayevin çempionatını bəyənmədi

«Azərbaycan Premyer liqası Yuri Syominin səviyyəsi deyildi»

 

Rusiyalı futbol mütəxəssisi Rüstəm Xuzin Azərbaycanın güclülər dəstəsində çıxış edən klubların birindən təklif alıb. Allsport.az xəbər verir ki, o, bu barədə sport.kazanfirst.ru saytına açıqlamasında deyib:

«Azərbaycan Premyer liqasında çıxış edən klubların birindən təklif var. Hələ ad açıqlamaq istəmirəm. Yeni ilə qədər rəhbərliklə danışacağıq və hər şeyə aydınlıq gələcək. Təklif çox maraqlıdır. Komanda da gənc və yenidir. Qarşısında məlum hədəflər var. Yaxşı düşünmək lazımdır».

Həmkarımız burada «Qəbələ»nin keçmiş baş məqşçisi Yuri Syominin adını çəkib və qeyd edib ki, çempionatımız sanballıdır, onların həmyerliləri Azərbaycan komandasını Avroliqaya çıxarıb. Maraqlıdır, Yuri Palıçlə məsləhətləşibmi? Tatar mütəxəssis cavabında, şəxsən Syomini tanımadığını, amma lazım gələrsə, onunla mütləq zəngləşəcəyini söyləyib. Bildirib ki, adı çəkilən rusiya məşqçinin bizdə çalışması yaxşıdır, lakin Azərbaycan Premyer liqası onun yeri deyildi:

«İndi məşqçilər Pro kateqoriyası alaraq, müxtəlif Premyer liqa komandalarında işləyirlər. Amma Yuri Palıç – yalnız onlardan biri deyildi. O, gözəl mütəxəssis və insandır. Fikrimcə, Azərbaycan çempionatı onun səviyyəsi deyildi. Belə çalışdırıcılar Rusiya Premyer-liqasında  və ya Avropanın hansısa bizdən güclü çempionatlarının birində çalışmalıdır».

Qeyd edək ki, Rüstəm Xuzin 2007-ci ildən məşqçiliyə başlayıb. O, öncə Kazanın “Rubin” klubunun əvəzedici heyətində çalışıb. Daha sonra “Amkar” və “Nefteximik” kimi klubların baş məşqçisi olmuş mütəxəssis hazırda işsizdir.

Həmin kateqoriyadan