- Baxış sayı: 35
- 12 Mart 2026 23:51
- Baxış sayı: 401
- Mart 12, 2026
- 0

Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın 4-cü günündə 53, 62 və 72 kq-da yer alan qadın güləşçilərimiz xalçaya çıxıb.
Nərgiz Səmədova (53 kq) 1/4 finalda litvalı Vestina Daniseviçyuteni (3:0) mübarizədən kənarlaşdırsa da, yarımfinalda ukraynalı Anastasiya Polskaya məğlub olub – 2:4. Həmyerlimiz sabah bürünc medal uğrunda görüşdə türkiyəli Şevval Çayırla üz-üzə gələcək.
Yarışa böyük inamla başlayan Ruzanna Məmmədova (62 kq) bolqarıstanlı Fatma Şabanla türkiyəli Gülsüm Bingölə 11:0 hesabıyla qalib gəlib. Məmmədova fransalı İris Tiabonu isə sonuncu xal prinsipinə əsasən üstələyib – 3:3. Ruzanna finalda rusiyalı Amina Tandelovayla qarşılaşacaq.
Zəhra Kərimzadə (72 kq) ilk mərhələdə bolqarıstanlı Daniyela Brasnarovaya son xal prinsipinə əsasən (2:2) məğlub olub.