- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 179
- Mart 19, 2026
- 0

“Neftçi” qapıçısı Rza Cəfərovu “Qəbələ”yə icarəyə verib.
Allsport.az xəbər verir ki, Bakı klubu gənc futbolçu ilə müqaviləsinin müddətini 2027/2028 mövsümünün sonunadək də artırıb.
Rza Cəfərov satınalma şərti olmadan cari mövsümün sonunadək “Qəbələ”də çıxış edəcək.
2022/2023 mövsümündən “Neftçi”nin əsas komandasının şərəfini qoruyan gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.